Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

  Bölmə: Xarici futbol | 1367 | 15:28 16-04-2021
Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında bütün yarımfinalçıların adına aydınlıq gəlib.

 

1/4 finalda 4 cavab matçının hamısı 23:00-da başlayıb. "Arsenal" "Slaviya"ya, 4:0,"Mançester Yunayted" "Qranada"ya 2:0, "Vilyarreal" isə "Dinamo"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. "Roma" isə "Ayaks"la bərabərə qalıb - 1:1. İlk görüşdə 2:1 hesablı qələbə qazanan İtaliya təmsilçisi iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə adını yazdırıb.

 

Qeyd edək ki, yarımfinalda "Mançester Yunayted" "Roma" ilə, "Arsenal" isə "Vilyarreal" ilə qarşılaşacaq. Bu mərhələnin qarşılaşmaları 29 aprel - 6 mayda olacaq.

 

UEFA Avropa Liqası, 1/4 final, cavab oyunları

 

15 aprel

 

"Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Pako Alkaser, 36, Jerar Moreno, 43 - Mislav Orşiç, 74

İlk oyun - 1:0

 

"Roma" (İtaliya) - "Ayaks" (Niderland) - 1:1

Qollar: Edin Ceko, 72 - Brayan Brobbi, 49

İlk oyun - 2:1

 

"Slaviya" (Praqa, Çexiya) - "Arsenal" (İngiltərə) - 0:4

Qollar: Emil Smit-Rou, 14, Aleksandr Lyakazett, 21-pen, 77, Bukayo Saka, 24

İlk oyun - 1:1

 

"Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya) - 2:0

Qollar: Edinson Kavani, 6, Xesus Valyexo, 90-avtoqol

İlk oyun - 2:0


Digər xəbərlər