Cüdo üzrə Avropa çempionatında Azərbaycan komandası 11-ci pillədədir

  Bölmə: Cüdo | 138 | 23:43 16-04-2021
Cüdo üzrə Avropa çempionatında Azərbaycan komandası 11-ci pillədədir

Cüdo üzrə Avropa çempionatında Azərbaycan komandası 11-ci pillədədir

 Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb. OLİMPSPORT xəbər verir ki, turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb.

Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.

Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır.


Digər xəbərlər