“Düşündüyünüzdən daha güclüyük” - Şahruddin Məhəmmədəliyev

  Bölmə: Ölkə futbolu | 513 | 16:35 17-04-2021
“Düşündüyünüzdən daha güclüyük” - Şahruddin Məhəmmədəliyev
Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Səbail”lə səfər oyunu zamanı başından ağır zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bununla bağlı paylaşım edib.
 
OLİMPSPORT xəbər verir ki, o, “İnstaqram” səhifəsində paylaşdığı şəkilə bunları yazıb:
 
“Əlhəmdülillah. Çox şey deyə bilərəm. Amma biz siz düşündüyünüzdən daha da güclüyük. Şükür Allaha”.
 
"Səbail"lə görüşdə Amil Yunanovun başına zərbə endirməsindən sonra əvəzlənən Məhəmmədəliyevə ümumilikdə 25 tikiş qoyulub. Onun azı 2-3 həftə meydana çıxmayacağı dəqiqləşib.

Digər xəbərlər