"Müdafiəçimiz Azər Salahlı komandanın bombardiridir" - Sənan Qurbanov

  Bölmə: Ölkə futbolu | 504 | 23:11 17-04-2021
"Müdafiəçimiz Azər Salahlı komandanın bombardiridir" - Sənan Qurbanov

"Gərgin oyun oldu. Qarşılıqlı top itkiləri oldu. Buna görə fiziki cəhətdən çox güc itirdik. Heç-heçə ədalətli nəticədir. Bu gün sonuncu pillədən qurtulmaq üçün şansımız var idi. 4 gün sonra kubokunu yarımfinal mərhələsi keçiriləcək. "Zirə" ilə matçda işimiz çətin olacaq".

 

Bu sözləri Azərbaycan Premyer Liqansının 23-cü turunda evdə "Sabah"la qolsuz heç-heçə edən "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib.

 

- Bu gün çox əsəbi idiniz.

 

- Bəzən olur belə şeylər. İşlər qaydasında getmədi. İstəmirdim qol buraxaq. Ona görə bir az emosional oldum.

 

- 2 oyundur qol vura bilmirsiniz...

 

- Biz də hücumçuların qol vura bilməməsindən narahatıq. Daima bu barədə söhbət edirik. İstəyirik onlar qol vursun. Müdafiəçimiz Azər Salahlı komandanın bombardiridir. İstərdik ki, hücumçular da qol vursun. Ümid edirəm ki, növbəti görüşlərdə qol və qollar vura biləcəyik.

 

- Bəlkə, Turan Vəlizadənin yerinə başqa oyunçunu sınayasınız?

 

- Gənc futbolçu daima oynamalıdır. Bəzən elə olur ki, seçimimiz çox olmur. Heyəti müəyyənləşdirəndə belə addımlar atırıq. Turan gəncdir. Gərək çox çalışsın. Limitə görə oynayır, gələcəkdə özü bu yeri haqq etməli olacaq.


Digər xəbərlər