Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı

  Bölmə: Olimpiya Növləri | 486 | 19:46 18-04-2021
Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

OLİMPSPORT-un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veqi yendikdən sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub.

Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareni üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçulardan Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.


Digər xəbərlər