Məsut Özil Avropa Superliqasına qarşı çıxdı

  Bölmə: Xarici futbol | 615 | 17:52 19-04-2021
Məsut Özil Avropa Superliqasına qarşı çıxdı

“Fənərbaxça”nın futbolçusu Məsut Özil Avropa Superliqasının yaradılmasına münasibət bildirib.

Bu barədə 32 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib. O, yazıb:

 

“Uşaqlar dünya kubokunu və Çempionlar Liqasını qazanmağı xəyal edərək böyüyürlər, Avropa Superliqasını yox. Böyük oyunların ləzzəti ondadır ki, hər həftə deyil, ildə 1-2 dəfə olur. Bunun bütün futbol azarkeşləri tərəfindən başa düşülməsi həqiqətən çətindir...”

Qeyd edək ki, 12  nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" rəsmi şəkildə Avropa Superliqasında iştirak edəcəklərini bəyan ediblər. 


Digər xəbərlər