Stadnik Avropa çempionatının finalında

  Bölmə: Güləş | 465 | 19:33 21-04-2021
Stadnik Avropa çempionatının finalında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.

 

Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.


Digər xəbərlər