"Qarabağ" "Sumqayıt"la heç-heçə etdi, "Zirə"dən mühüm səfər qələbəsi

  Bölmə: Ölkə futbolu | 877 | 10:08 22-04-2021
"Qarabağ" "Sumqayıt"la heç-heçə etdi, "Zirə"dən mühüm səfər qələbəsi

Ötən gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Yarımfinalın hər iki görüşü ötən gün keçirilib. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edib və 1:2 hesabı ilə uduzub. Digər matçda isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub və qolsuz bərabərə qalıb.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları aprelin 29-u keçiriləcək.

21 aprel

20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0
Hakimlər
: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Kapital Bank Arena

18:30. “Keşlə” – “Zirə” - 1:2
Qollar:
 Sadio Tounkara, 45+2 (1:0), Rodriqo Bonqonqui, 57 (1:1), Nemanya Andelkoviç, 62 (1:2)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
ASK Arena


Digər xəbərlər