Teymur Aronyanla heç-heçə etdi

  Bölmə: Digər növlər | 1401 | 10:36 25-04-2021
Teymur Aronyanla heç-heçə etdi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.

 

"New In Chess" adlı mərhələnin 3-cü turunda gerçəkləşən görüş heş-heçə başa çatıb. Tərəflər 29-cu gedişdən sonra "sülh"ə razılaşıblar.

 

Qeyd edək ki, Rəcəbov bu oyunda qara fiqurlarla oynayıb.


Digər xəbərlər