Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı

  Bölmə: Olimpiya Növləri | 1686 | 22:38 25-04-2021
Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə buna nail olub.

 

Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


Digər xəbərlər