“Mançester Siti” İngiltərə Liqasının Kubokunu qazandı

  Bölmə: Xarici futbol | 1279 | 00:56 26-04-2021
“Mançester Siti” İngiltərə Liqasının Kubokunu qazandı

"Mançester Siti" klubu İngiltərə Liqası Kubokunun finalında Londonun "Tottenhem" komandasına qalib gəlib.

Qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

Matç Londonun "Uembli" stadionunda keçirilib. “Londonlular”ın qapılarına yeganə qolu Emerik Laport vurub.

Beləliklə, “Mançester Siti” səkkizinci dəfə İngiltərə Liqasının Kubokunu udub. Qeyd edək ki, “Liverpul” da eyni göstəriciyə imza atıb.

"Mançester Siti" aprelin 28-də Fransanın "Pari Sen-Jermen" komandası ilə qarşılaşacaq.


Digər xəbərlər