Son 10 ildə eyni klubda ən çox oynayanlar: Messi qapıçılarla eyni sırada

  Bölmə: Xarici futbol | 1679 | 18:09 27-04-2021
Son 10 ildə eyni klubda ən çox oynayanlar: Messi qapıçılarla eyni sırada

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə bir klubda ən çox oyuna çıxan futbolçuları açıqlayıb.

Siyahının ilk pilləsində Kolumbiyanın "Atletiko Xunior" klubunda çıxış edən Sebastyan Vyera qərarlaşıb. 38 yaşlı qapıçı 2011-ci ildən 395 matçda (35 min 687 dəqiqə) meydanda olub.

İkinci sırada İngiltərə "Lester"inin qapıçısı Kasper Şmeyxel yer alıb. 35 yaşlı qolkiper 372 qarşılaşmanın (33 432 dəqiqə) iştirakçısıdır.

İlk "3-lüy"ü Yaponiyanın "Seroso Osaka" klubundan çərçivə qoruyucusu Kim Cin Xen qapayır. 34 yaşlı oyunçu 344 görüşdə (30 831 dəqiqə) meydana çıxıb.

Yaponiyanın "Avispa Fukuoka" komandasının hücumçusu Hisashi Jogo (341 oyun, 22 942 dəqiqə) 4-cü, İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi isə 5-ci ola bilib. 34 yaşlı argentinalı hücumçu 340 oyunda (28 627 dəqiqə) iştirak edib.

Araşdırma 2011-ci il aprelin 19-dan 2021-ci il aprelin 19-dək müddəti əhatə edib.


Digər xəbərlər