"Bavariya" yeni baş məşqçisini açıqladı - Rəsmi

  Bölmə: Xarici futbol | 1684 | 18:10 27-04-2021
"Bavariya" yeni baş məşqçisini açıqladı - Rəsmi

"Bavariya" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

"Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq. 33 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.

Beləliklə, Naqelsmann "Bavariya" tarixində ən gənc məşqçi olacaq.

Qeyd edək ki, Münhen təmsilçisini bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.


Digər xəbərlər