Avroliqa oyunlarına hakim təyinatları açıqlandı

  Bölmə: Xarici futbol | 201 | 18:13 27-04-2021
Avroliqa oyunlarına hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatlarını açıqlayıb.

"Mançester Yunayted" - "Roma" görüşü İspaniya Futbol Federasiyasından Karlos del Serroya həvalə olunub. Ona Xuan Yuste və Roberto Alonso köməklik edəcək. Dördüncü hakim funksiyasını Xesus Xil Mansano yerinə yetirəcək.

"Vilyarreal" - "Arsenal" matçı isə Portuqaliya Futbol Federasiyasından Artur Diasa tapşırılıb. Köməkçi hakimlər Ruy Tavareş, Paulu Soareş, dördüncü hakim Tyaqu Martinş olacaq.

Qeyd edək ki, hər iki oyun aprelin 29-u keçiriləcək.


Digər xəbərlər