Benzema Raulun rekordunu təkrarladı

  Bölmə: Xarici futbol | 1118 | 10:20 28-04-2021
Benzema Raulun rekordunu təkrarladı

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.

 

34 yaşlı hücumçu "Çelsi" ilə görüşdə (1:1) buna nail olub.

 

Komandasını məğlubiyyətdən xilas edən qolu vuran futbolçu turnirində 71-ci dəfə fərqlənməklə Madrid klubunun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.

 

Bu göstəricidə Kriştiano Ronaldu (134), 1-ci, Lionel Messi (120) 2-ci, Rovert Levandovski (73) 3-cüdür. Benzema və Raul isə 4-5-ci yerləri bölüşdürür.  


Digər xəbərlər