Azad Rəhimovun vəziyyəti ağırlaşdı

  Bölmə: Digər növlər | 1259 | 16:56 28-04-2021
Azad Rəhimovun vəziyyəti ağırlaşdı

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

 

Olimpsport xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

 

***

 

Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.


Digər xəbərlər