"Neftçi"dən böyükhesablı qələbə, "Qəbələ" uduzdu

  Bölmə: Ölkə futbolu | 97 | 06:13 04-05-2021
"Neftçi"dən böyükhesablı qələbə, "Qəbələ" uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

 

İlk oyun günündə 2 matç keçirilib. "Neftçi" "Keşlə"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

 

Günün son qarşılaşmasında isə "Səbail" "Qəbələ"ni qəbul edib və minimal hesablı qələbə qazanıb - 1:0.

 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

3 may (bazar ertəsi)

 

 

20:15. “Səbail” –“Qəbələ” - 1:0

Qol: Amil Yunanov, 62

Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

 

18:00. “Keşlə” – “Neftçi” - 0:3

Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

 

4 may (çərşənbə axşamı)

 

18:00. “Qarabağ” – “Zirə”

“Azersun Arena”

 

20:15. “Sumqayıt” – “Sabah”

“Kapital Bank Arena”


Digər xəbərlər