"Neftçi"nin məşqçisindən qələbə şərhi

  Bölmə: Ölkə futbolu | 88 | 06:16 04-05-2021
"Neftçi"nin məşqçisindən qələbə şərhi

"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqanın 25-ci turunda "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

 

O deyib: "Çətin olacağını bilirdik. Meydan amili öz sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçular var. Vacib 3 xal qazandıq. Növbəti oyuna hazırlaşacağıq.

 

Yusuf Lavaldan istədiyimizi aldıq. Monroza da çox güvənirik. Bu o demək deyil ki, onu meydanda görməyəcəyik".


Digər xəbərlər