"Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı - Yenilənir

  Bölmə: Ölkə futbolu | 53 | 10:29 04-05-2021
"Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı - Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Sonuncu oyun günündə 2 matç keçiriləcək. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Görüşə saat 18:00-da start veriləcək.

 

Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Oyun saat 20:15-də başlayacaq.


4 may (çərşənbə axşamı)

18:00. “Qarabağ” – “Zirə”
Hakimlər: 
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Azersun Arena”

20:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: 
Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
“Kapital Bank Arena”

3 may (bazar ertəsi)


20:15. “Səbail” –“Qəbələ” - 1:0
Qol:
 Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

18:00. “Keşlə” – “Neftçi” - 0:3
Qollar
: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”

N Klublar O Q H M T-F X
1 Neftçi 25 15 5 5 41-25 50
2 Qarabağ 24 14 8 2 57-16 50
3 Sumqayıt 24 8 9 7 28-28 33
4 Zirə 24 7 12 5 24-25 33
5 Qəbələ 25 5 9 11 20-39 24
6 Səbail 25 5 9 11 21-35 24
7 Keşlə 25 4 11 10 22-36 23
8 Sabah 24 5 7 12 22-31 22

Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 18 qol
Mahir Emreli ("Qarabağ") - 16 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol


Digər xəbərlər