Yunan-Roma güləşi üzrə millimizin lisenziya yarışı üçün heyəti

  Bölmə: Güləş | 274 | 17:37 04-05-2021
Yunan-Roma güləşi üzrə millimizin lisenziya yarışı üçün heyəti

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

 

Tokio Olimpiadasına lisenziya qazandıracaq sonuncu yarışda hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Sofiyada Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq. Komandamız Bolqarıstana mayın 6-da yollanacaq.

 

Xatırladaq ki, güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.


Digər xəbərlər