Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

  Bölmə: Ölkə futbolu | 228 | 17:40 04-05-2021
Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

Mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra - iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.


Digər xəbərlər