"Qarabağ" xal itirdi

  Bölmə: Ölkə futbolu | 189 | 01:55 05-05-2021
"Qarabağ" xal itirdi

Mayın 4-də Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

 

Sonuncu oyun günündə iki görüş keçirilib. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi xal itirsə də, liderliyini qoruyub. "Zirə" isə yenidən 3-cü pilləyə yüksəlib.

 

Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbə ilə 5-ci pilləyə yüksəlib.

 

 

 

4 may (çərşənbə axşamı)

 

20:15. “Sumqayıt” – “Sabah” - 0:2

Qol: Mario Marina, 40, Fofana Tiemoko, 69

Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 86 ("Sumqayıt")

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev

“Kapital Bank Arena”

 

18:00. “Qarabağ” – “Zirə” - 1:1

Qol: Fakundo Melivilo, 17 (0:1), Abdullah Zubir, 19 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov

“Azersun Arena”

 

3 may (bazar ertəsi)

 

 

20:15. “Səbail” –“Qəbələ” - 1:0

Qol: Amil Yunanov, 62

Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

 

18:00. “Keşlə” – “Neftçi” - 0:3

Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

 

 

("Sumqayıt") - 7 qol

Kvabena Ovusu ("Qarabağ") - 6 qol


Digər xəbərlər