Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi - Yenilənib

  Bölmə: Xarici futbol | 210 | 02:04 05-05-2021
Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi - Yenilənib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.

 

"Mançester Siti" doğma meydanda PSJ-ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. İlk matçda da 2:1 hesablı qələbə qazanan İngiltərə təmsilçisi finala yüksəlib.

 

Sabah isə "Real" "Çelsi"nin qonağı olacaq (ilk oyun 1:1).

 

Çempionlar Liqası, yarımfinal mərhələsinin cavab oyunları

 

4 may

 

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0

Qollar: Mahrez, 11, 63

Qırmızı vərəqə: Di Mariya, 69 (PSJ)

 

5 may

 

23:00. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya)


Digər xəbərlər