Çempionlar Liqası: "Mançester Siti"nin finaldakı rəqibi müəyyənləşir

  Bölmə: Xarici futbol | 1546 | 10:57 05-05-2021
Çempionlar Liqası: "Mançester Siti"nin finaldakı rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Bununla da turnirin ikinci finalçısı bəlli olacaq.

İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" komandaları həlledici qarşılaşmaya son vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "zadəganlar" Londonda bu üstünlükdən yararlanmağa çalışacaq. İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Sadəcə, Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqdir. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 1:1

Qeyd edək ki, Çempionlar Liqasında ilk finalçı artıq bəllidir. Yarımfinalın digər cavab oyununda İngiltərədə Fransanın PSJ komandasını 2:0 hesabı ilə məğlub edən "Mançester Siti" tarixində ilk dəfə turnirin həlledici oyununa vəsiqə qazanıb.

 

Digər xəbərlər