Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazandı

  Bölmə: Cüdo | 656 | 20:05 06-05-2021
Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Yunus Bekmurzayevla qarşılaşıb.

Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın Böyük Dəbilqədə ilk medalıdır. Daha əvvəl kişilərdən Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Rəşad Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Hidayət Heydərov (81 kq), qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışı medalsız bitiriblər.

Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır.


Digər xəbərlər