Millimiz Böyük Dəbilqə turnirini 1 medalla başa vurdu

  Bölmə: Cüdo | 359 | 13:39 07-05-2021
Millimiz Böyük Dəbilqə turnirini 1 medalla başa vurdu

Bu gün Azərbaycanın son təmsilçisi Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqədə mübarizə aparıb.

 

Üçüncü yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.

 

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.


Digər xəbərlər