Elis Manolova lisenziya yarışının yarımfinalında / YENİLƏNİR

  Bölmə: Güləş | 506 | 17:39 07-05-2021
Elis Manolova lisenziya yarışının yarımfinalında / YENİLƏNİR

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

 

İkinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub. 

Türkan Nəsirova startda Ekvador güləşçisinə yenilib.

Alyona Kolesnik Qırğızıstan idmançısıyla qarşılaşmaya yaxşı başlasa da, ikinci hissədə "tuşe" ilə xalçadan məyus ayrılıb.

Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən alman güləşçiyə məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova yunan həmkarını üstələyib. Təmsilçimizin növbəti görüşü daha gərgin mübarizə şəraitində keçib. Argentinalı güləşçi hesabda 2:0 öndə olsa da, Manolova geridönüş edib. Yekunda Elis sonuncu xal prinsipinə əsasən yarımfinala yüksəlib. Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Gözəl Zutova debütdə rumıniyalı rəqibinə uduzub.

 

53 kq

1/8 final: Türkan Nəsirova - Luisa Melendres (Ekvador) 1:4

 

57 kq

1/8 final: Alyona Kolesnik - Nuraida Anarkulova (Qırğızıstan) 8:7 (tuşe)

 

62 kq

1/8 final: Tatyana Omelçenko - Luisa Niemeş (Almaniya) 1:1*

 

68 kq

1/8 final: Elis Manolova - Aqoro Papavasileu (Yunanıstan) 4:0

1/4 final: Elis Manolova - Klara Vaskes (Argentina) *2:2

1/2 final: Elis Manolova - Cəmilə Bakbergenova (Qazaxıstan)

 

76 kq

Təsnifat: Gözəl Zutova - Katalina Axente (Rumıniya) 2:5


Digər xəbərlər