Yığma komandada məşqçilər buna göz yumur

  Bölmə: Güləş | 617 | 18:26 07-05-2021
Yığma komandada məşqçilər buna göz yumur

Son illər güləşçilərimiz beynəlxalq arenalarda istənilən nəticəni vermir. Sanki, güləşimiz geriyə gedir. Sözsüz ki, bu güləş ictimaiyyətini narahat etməyə bilməz. Hamı kimi narahat olanlardan biri də sərbəst güləş üzrə gənclər arasında iki qat dünya və Avropa mükafatçısı, əməkdar idman ustası, əməkdar məşqçi Samir Əhmədovdur. Samir müəllim öz fikirlərini "olimpsport.az" la bölüşüb.

Güləş idman növü üzrə azyaşlı uşaqlar arasında turnirlərin azlığı

 

Məncə, milli idman növümüz olan güləşi inkişaf etdirmək üçün alim və yaxud fiosof olmaq lazım deyil.Güləş bizim qanımızda var. Bunu sübut etməyə ehtiyac yoxdur. Əgər kimsə subut istəsə, kiçik bir ekspriment olaraq azyaşlı uşaqları savaşdırsın. Uşaqlar o dəqiqə bir-birinin ya ayağına girəcək, yada qurşağından tutacaq. İnkişafın yolu həqiqətən güləşi bilən 1 rəhbərə ehtiyac var. Həmin o rəhbərəki tənqidlərə, təkliflərə və müzakirələrə açıq biri olsun. İradə nümayiş etdirib, yerli idmançılara şans verməlidir.(bürünc medal olsun, özümüzün olsun).Qeyd edim ki, Azərbaycanda hələdə güləş fədailəri yaşamaqdadırlar. Onlar dünyasını dəyişməmiş ciddi addımlar atmaq lazımdır. Həmkarım Ramin Allahverdiyevin təbili ilə desəm 10 komandalıq 1 yarışın keçirilməsi üçün kiçik maliyyə xərci də bəs edir.

İnkişaf planını bir azda genişləndirib, idmana cavabdeh şəxsləri və idarələri də bu işə cəlb etmək olar. Güləş idman növündə populyar olan bölgələrmiz var ki, orda yaş qrupları üzrə yarışlar təşkil etmək mümkündür. Şükürlər olsun ki, bir cox yerlərdə dövlətimiz Olimpiya Mərkəzləri inşa etdirib. Həmin mərkəzlərdə rayon və şəhərlər üzrə bölgü aparıb, yarışlar keçirmək olar ki, eyni yaş qrupu üzrə yanaşı, rayon və şəhərlər yarış keçirilməsin. Misal üçün Şirvan şəhəri may ayında 12-13 yaşlı güləşçilər arasında yarış kecirirsə, Sabirabad rayonu bunu təkrarlamasın. İyul ayında 14-15 yaş güləşçilər arasında yarış təşkil etsin. Cəlilabad rayonu 16-17 yaş güləşcilər arasında digər bir yarış təşkil etsin .Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ və digər rayonlarda isə güləş idman növü digər bölgələrdəki kimi populyar deyil. Bu bölgələrdə digər idman növlərini (stolüstü tennis, voleybol, cüdo) inkişaf etdirmək daha məqsədə uyğundur.

 

Azərbaycan güləşini gözləyən təhlükə

 

Təcrübə onu gösdərir ki, kiçik yaşlardan yarışların keçrilməsi lipaların da qarşısını alır. Belə ki, yarışda iştirak edən idmançını adı həmin yarışın protokoluna düşür. Çox məşqçi tanıyır, vaxt keçdikcə həmin idmançının şəxsi məşqçisi onu lipa etməyə ya çəkinir, ya da abır-həya edib, utanır. Təcrübə onu da göstərir ki, məşqçi-müəllimlər lipa düzəltməkdə məqsədi, güya özünü yaxşı məşqçi kimi sübut etdirməkdir. Bir cox məşqçi-müəllimlər var ki, demək olar, lipasız komandanı yarışa aparmır. Yığma komandada məşqçilər buna göz yumur. Milli komandanın məşqçisi özü yarışlara lipa gətirir. Belə məşqçilərə qarşı amansız olmaq, tənbeh etmək lazımdır. Nizam-intizam və ədalət o vaxt pozulur ki, cinayətkar cəzasız qalır. Məncə, idmanımızın onurğa sütunu olan güləş idman növünü inkişaf etdirmək olar və bu, hələdə gec deyil. Mənim dediklərim kimlərinsə xoşuna gəlməyə bilər. İnanın ki, məqsədim kimlərisə tənqid və təhqir etmək deyil. Tam əksinə, əl-bir olub, bir-birimizə dəstək durub, bu idman növün inkişaf etdirməkdir. Bacardığım qədər istifadə etdiyim cümlələrə diqqət etdim ki, kiminsə xətrinə dəyməyim. Amma bu da qaçılmazdır ki, SOS siqnalının vaxtıdır. Bir azda kecsə həqiqətən gec olacaq.


Digər xəbərlər