Tokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya

  Bölmə: Güləş | 525 | 21:13 08-05-2021
Tokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

 

,77 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi Viktor Nemes (Serbiya) olub.

 

4:1 hesablı qələbə qazanan Hüseynov finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

 

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci lisenziyası olub. Daha əvvəl İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində olimpiadaya qatılmaq hüququ əldə edib.


Digər xəbərlər