Səfir Bakıda Türkiyə yığması ilə görüşdü

  Bölmə: Digər növlər | 1449 | 17:40 11-05-2021
Səfir Bakıda Türkiyə yığması ilə görüşdü
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib.
 
Cahit Bağcı Bakıda təlim-məşq toplanışında olan Türkiyənin gənclərdən ibarət milli komandasının üzvləri ilə görüşüb. Məşqçi Ruşen Çetin səfirə hazırlıq prosesi barədə danışıb.
 
Sonda Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmamızın məşqçiləri ilə birgə xatirə fotosu çəkilib.
 
Qeyd edək ki, Türkiyə yığması 28 - 30 mayda İstanbulda beynəlxalq Çempionlar Turnirinə və 28 iyun - 4 iyulda Almaniyanın Dortmund şəhərində Avropa çempionatına qatılacaq.

Digər xəbərlər