"Bizim və hakimlərin gördüyü fərqli ola bilər" - Elmar Baxşıyev

  Bölmə: Ölkə futbolu | 398 | 20:52 14-05-2021
"Bizim və hakimlərin gördüyü fərqli ola bilər" - Elmar Baxşıyev

“Həm bizim, həm də “Sabah”ın avrokubok iddiası qalmasa da, hər iki komanda pozitiv və şən futbol nümayiş etdirdi. Sevindirici odur ki, komandamız 0:2 hesabı ilə məğlub durumda olduğu vaxtda da oyun nizam-intizamını qorudu və sonadək mübarizə apardı. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın 27-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

 

O bildirib ki, futbol emosiyalar oyunudur: "Bizim və hakimlərin gördüyü fərqli ola bilər. Həmin epizodda mənə də, hamıya da 11 metrlik cərimə zərbəsi olduğu göründü. Hakimlik barədə danışmaq istəmirəm. Biz həftəlik tsikl qurur, rəqibə uyğun hazırlıq prosesi aparırıq. Hakimlər Komitəsi də referinin idarəciliyini analiz etsə, qaydalardan kənar olsa belə bizə səhv və düzgün qərarlar barədə məlumat versə, işimiz rahat alınar. Ümumilikdə isə bu gün hakim oyunu pozmadı, normal idarə etdi. Arxada qalan 27 turda çox xal itirmişik. Bizim də, hakimlərin də səhvi olub. Bizi düşündürən komandanın oyunudur.  Sevindirici odur ki, komanda meydanda nə istədiyini bilir. Oyuna sonradan daxil olan futbolçular komandaya güc qatdılar. Onların oyundan qopmadığı, fayda verməsi sevindiricidir”.


Digər xəbərlər