"Qalib də gələ bilərdik, uduza da" - Ramin Quliyev

  Bölmə: Ölkə futbolu | 481 | 20:53 14-05-2021
"Qalib də gələ bilərdik, uduza da" - Ramin Quliyev

"Oyuna pis başlamadıq. Lakin hesabda iki top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı. Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu.  Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik.  Bu matçda qalib də gələ bilərdik, uduza da".

Bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın 27-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

 

"Havanın çox isti olması da oyuna təsir etdi.  Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu" - deyə o bildirib.


Digər xəbərlər