Qurban Qurbanovdan qələbə şərhi

  Bölmə: Ölkə futbolu | 329 | 21:34 14-05-2021
Qurban Qurbanovdan qələbə şərhi

Futbolçuları təbrik edirəm. Belə oyunlarda soyuqqanlı və səbrli olmaq vacibdir. Oyunçular meydanda rahat idilər. Müxtəlif qol epizodları oldu. Vacib olan 3 xalı qazandıq. Rəqib baş məşqçi Sənan Qurbanova uğurlar arzulayıram. Onlar da kubokun finalında oynayacaqlar".

Bu fikirləri "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis sonuncu turda "Neftçi" ilə oyuna toxunub: "Bəzi nüanslar var ki, rahat deyə bilərik. Çətinlik də ola bilər. İnanıram ki, bu oyuna sərbəst çıxmaq lazımdır. Futbolçuların durumu və hazırlığı o səviyyədədir ki, buna hazırdırlar. Biz öz oyunumuzu sərgiləmək istəyirik".

Qurbanov əsas hədəflərinin klubun yaşaması və nəticə qazanması olduğunu bildirib: "Mən və ya "Qarabağ", biz tək deyilik. İlk olaraq qalibiyyət haqqında düşünürük. Mən buraya gələndən belədir. Hər oyunda qalib gəlməyə və oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Biz bu komandanı sevərək burada işləyirik. Komandanın yaşaması, hücum futbolu oynaması və nəticə qazanması bizim hədəfimizdir".

Mahir Emrelinin penaltidən yararlana bilməməsinə də toxunub: "Oyun gedə-gedə fikrimdən keçdi ki, Mahir vursun. Heç vaxt belə olmamışdı. Ən ürəksiz qərarlarımdan biri idi. Desəm ki, Mahir vursun, amma penaltini yerinə yetirəcəyinə inanmıram. Bəzən elə futbolçular penaltini vacib anda vura bilmirlər".

Baş məşqçi Filip Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə də münasibət bildirib: "Bildiyim qədər maraqlanırlar. Hələ ki məlumat yoxdur. Belə bir fikirdə.olduqıarını bilirəm".


Digər xəbərlər