"Sərgilədiyimiz oyundan razı qalmadım"

  Bölmə: Ölkə futbolu | 460 | 21:46 14-05-2021
"Sərgilədiyimiz oyundan razı qalmadım"

"Çempionat sona çatdıqca futbolçuların gücü tükənir. Rəqib lider "Qarabağ" idi. Onlara qarşı diqqətli oynamaq lazımdır "

Bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının oyunundan razı qalmadığını bildirib:

"Sadə top itkilərinə yol verdik. Bu, plana daxil deyildi. Sərgilədiyimiz oyundan razı qalmadım. Rəqib layiqli qələbə qazandı, onları təbrik edirəm. İstənilən halda komanda son iki oyuna hazır olmalıdır. Kubokda final, çempionatda "Qəbələ" ilə oyunumuza köklənəcəyik".


Digər xəbərlər