Türkiyədə çempion müəyyənləşdi

  Bölmə: Xarici futbol | 1735 | 23:45 15-05-2021
Türkiyədə çempion müəyyənləşdi

Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Bu, "Beşiktaş" olub. Komanda son - 42-ci turda "Göztəpə" ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

"Qalatasaray" isə evdə "Kayserispor"u məğlub edib - 3:1.

3-cü yerdə olan "Fənərbaxça" "Kayserispor"la heç-heçə etməklə bütün şanslarını əldən verib - 1:1.

Nəticədə turnir cədvəlindəki duruma əsasən, "Beşiktaş" və "Qalatasaray"ın 83 xalı, "Fənərbaxça" isə 80 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə "Qalatasaray"dan 1 top üstün olan "Beşiktaş" çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə "Göztəpə" ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.

"Kayserispor" - "Fənərbaxça" - 1:1
Qollar: Enriki, 18 - Valensiya, 90, pen.

"Qalatasaray" - "Yeni Malatyaspor" - 3:1
Qollar: Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 - Buyuk, 39

"Göztepe" - "Beşiktaş" - 1:2
Qollar: Öztürk, 24 - Vida, 10, Qezzal, 69


Digər xəbərlər