Zidan "Real"dan nə vaxt gedir?

  Bölmə: Xarici futbol | 357 | 10:15 16-05-2021
Zidan "Real"dan nə vaxt gedir?

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Zinəddin Zidan futbolçulara postundan gedəcəyi vaxtı deyib.

Bu barədə “Goal” portalı xəbər yayıb.

Zidan futbolçulara 2020/2021 mövsümünün sonunda vəzifəsindən gedəcəyini bildirib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. Zidan 2017-ci ildə Beynəlxalq Futbol Federasiyası (FIFA) və Fransanın nüfuzlu “France Football” jurnalı tərəfindən ən yaxşı məşqçi seçilib.

“Kral klubu” fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm “Real Madrid” La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

 

Digər xəbərlər