Ronaldu İtaliya Kuboku ilə yuxuya getdi

  Bölmə: Xarici futbol | 2222 | 14:16 20-05-2021
Ronaldu İtaliya Kuboku ilə yuxuya getdi

Portuqaliyanın millisinin futbolçusu Kriştianu Ronaldu "Yuventus"un heyətində ilk dəfə İtaliya Kubokunu qazanıb.

36 yaşlı hücumçu "Atalanta"nı 2:1 hesabı ilə yendikləri final oyunundan sonra nüfuzlu mükafatla fotosunu paylaşıb.

Bu, Ronaldunun zəngin kolleksiyasında 34-cü titul olub. Təcrübəli forvard İspaniya "Barselona"sının oyunçusu Lionel Messidən cəmi 1 titul geridə qalır.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ildə "Real Madrid"dən 117 milyon avroya keçib. Onun müqavilə 2022-ci ilin yayınadək qüvvədədir.


Digər xəbərlər