"Atletiko" 11-ci dəfə İspaniya çempionu oldu

"Atletiko" klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.
Dieqo Simeonenin komandası buna La Liqanın sonuncu - XXXVIII turunda nail olub.
Səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "matrasçılar" xalını 86-ya yüksəldib.
Paytaxtın digər təmsilçisi "Real Madrid"i isə evdə "Vilyarreal"la 1:1 hesablı heç-heçə edərək, liderdən 4 xal geri düşüb və gümüş medala sahib olub.
Bürünc medalı isə bu tur səfərdə "Elçe"ni 1:0 hesabı ilə məğlub edən "Barselona" 79 xalla əldə edib.
Qeyd edək ki, "Atletiko" sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğu qazanıb.
-
Braziliya millisinin heyəti açıqlandı
...
-
“Qalatasaray” klubunun yeni baş məşqçisi məlum olub
...
-
PSJ Zidanla razılığa gəldi
…
-
“Beşiktaş” yenə xal itirdi
…
-
"Bavariya"nın daha 1 futbolçusu koronavirusa yoluxdu
…
-
Salahla Mane 50 illik rekordu qırdı
…
-
Messi koronavirusa yoluxdu
…
-
"Qalatasaray" 7 oyundan sonra qələbə qazandı
...
-
"Fənərbaxça" 9 nəfərlə bacarmadı
…
-
Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb
...