“Lill” çempion oldu

  Bölmə: Xarici futbol | 1472 | 08:25 24-05-2021
“Lill” çempion oldu

Əsas futbolçuları Türkiyə millisinin formasını geyinən Burak Yılmaz, Yusif Yazıçı və Zəki Çelik olan Lill klubu PSJ-nın 3 illik xanəndanlığını devirərək Fransa çempionu olub. 

Fransa Ligue 1-in son həftəsində Angersi 2-1 məğlub edən Lill 10 il sonra yenidən çempion olub. 

Angers qarşısında Lill-in qollarını  Conathan David və Burak Yılmaz vurub.
   
Burak Yılmaz, Yusuf Yazıcı ve Zeki Çelikin formasını geyindiyi Lill bu nəticə ilə 83 xalla liqi zirvədə bitirib. Neymar, Kilian Mbappe, Di Mariya kimi dünyaca məşhur futbolçuların çıxış etdiyi PSJ isə 82 xalla ikinci yeri tutub.

Ligue 1-də bu sezon 16 qola imza atan Burak Yılmaz 2007-2008-ci ildən sonra Avropanın 5 böyük liqində ən çox qol vuran türk futbolçu olub. 


Digər xəbərlər