Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir

  Bölmə: Digər növlər | 964 | 21:33 27-05-2021
Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir.


Festivalın Münsiflər heyətində əməkdar incəsənət xadimi Cavan Zeynallı, xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Bəsti Sevdiyeva, əməkdar artist Etibar Məmmədov, tanınmış ifaçı İlqar Xəyal təmsil olunublar.
2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.


Bu il təşkil edilən “Tələbə baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalının keçirilməsində məqsəd 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamını rəhbər tutaraq Nizami Gəncəvi yaradıcılığını gənc nəsil arasında daha dərindən təbliğ etmək, eyni zamanda istedadlı gəncləri üzə çıxararaq onlara dövlət dəstəyi verməkdir.
Qeyd edək ki, Festivalın seçim turları COVİD-19 pandemiyası ilə əlaqədar karantin dövrünün qaydalarına ciddi riayət edilməklə, qrafik üzrə 3 gün ərzində keçirilmişdir.
Seçimlərdə 15 ali təhsil müəssisəsindən 100 nəfər gənc iştirak etmişdir. İstedadlı gənclərin seçilməsini respublikanın tanınmış incəsənət xadimlərindən təşkil edilmiş Münsiflər Heyəti tərəfindən həyata keçirilmişdir. Finala çıxmış qaliblərin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə” poeması əsasında ayrı-ayrı məkanlarda çəkilişlərin aparılması şərti ilə musiqili tamaşa hazırlanaraq online formatda yayımlanacaqdır.
“Tələbə baharı” festivalı bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynamışdır. 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni bəxş edən təmsiçilərimizdən biri olan Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olmuşlar.


Digər xəbərlər