.Gənclər “Armudu” layihəsində millət vəkili ilə görüşüblər

  Bölmə: Digər növlər | 582 | 10:43 28-05-2021
.Gənclər “Armudu” layihəsində millət vəkili ilə görüşüblər

 Gənclər və İdman Nazirliyinin gənclərin məşhurlarla onlayn görüşü - “Armudu” layihəsində növbəti görüş keçirilib.

28 may - Respublika gününün 103-cü ildönümünə həsr olunmuş görüşün qonağı  millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşün əvvəlində gənclər və idman nazirinin müavini İntiqam Babayev millət vəkilini və gəncləri salamlayaraq bu günün əhəmiyyətindən söz açıb. Ardından millət vəkili Anar İsgəndərov 28 may 1918-ci il və sonrakı 23 ay ərzində olan dövrün tarixi ilə bağlı maraqlı faktlar açıqladı, gənclərlə dəyərli fikirləri ilə bölüşüb. Sonda millət vəkili gənclərin suallarını cavablandırıb.


Digər xəbərlər