Futbolumuzu dəfn edən AFFA Səmədağa Şıxlarovun dəfnində olmadı

  Bölmə: Ölkə futbolu | 1321 | 20:18 02-06-2021
Futbolumuzu dəfn edən AFFA Səmədağa Şıxlarovun dəfnində olmadı

Azərbaycan futbolu tarixində öz imzasını qoymuş, pərəstişkarları tərəfindən xüsusi keyfiyyətləri ilə seçilib-sevilən, SSRİ İdman ustası, "Neftçi" futbol komandasının hücumçusu Səmədağa Şıxlarov dünən piyada yolunu keçərkən avtomobil qəzası nəticəsində əbədiyyətə qovuşdu.

Səmədağa Şıxlarov futbolçu müasirləri arasında karifey sayılan futbolçulardan biri idi. S.Şıxlarov son dərəcə dostluğa sədaqətli, ədalətli, dediyi və verdiyi sözün arxasında duran xarakterik keyfiyyətləri ilə digər həmkarlarından fərqli xüsusiyyətlərə malik bir insan idi. Onun məsələlərə münasibəti, düz danişmağı, prinsipial mövqeyi uzun müddət idi ki, onu sevdiyi futbol təsərrüfatında işləməkdən məhrum etmişdi. Azərbaycan Futbol Federasiyaları Assosasiyası rəhbərliyinin ona olan ögey münasibətinin nəticəsi idi ki, dəfələrlə ona münasib iş vəd olunmasına baxmayaraq S.Şıxlarov son illər həndbol komandasında çalışırdı. S.Şıxlarova sağlığında AFFA rəhbərliyi tərəfindən sərgilənən xoşagəlməz münasibət hətta dünyasini dəyişdiyi ana qədər davam etmiş oldu. Yaramazliğa və səriştəsizliyə tabe olmayan, yalana baş əyməyən S.Şıxlarovun nəşi dünən Bakıda yaşadığı evdən Şirvan şəhərinə yola salınarkən nə AFFA rəhbərliyi, nə də veteran futbolçular tərəfindən bir nəfər belə olsun dəfn mərasimində iştirak etmədi. Yalnız AFFA Həmkarlar İttifaqını yaradib, ona rəhbərlik edən, AFFA tərəfindən son illər gözümçıxdıya salınan, veteran futbolçu Nazim Süleymanov və dostları S.Şixlarovun ailə üzvləri ilə birlikdə dəfndə iştirak etdilər. Azərbaycan futbolunu çoxdan dəfn etmiş AFFA rəhbərliyi, indi tanınmış tutbol mütəxəsislərini dəfn etməklə, bu ölkədə futbol adına nə varsa, məhv etməkdən nəinki çəkinmir, hətta sanki xüsusi zövq alır. Nə deyək, nə qədər ki, Allah səlahiyyət sahiblərinə milli qeyrət verməyib, vətəndaşlarımıza da heç səbr verməsin.


Allah Səmədağa Şıxlarova rəhmət etsin, doğmalarına və onu sevən dostlarına isə səbr versin.

Müəllif: Naib Abdulla


Digər xəbərlər