Boksçumuz ermənini məğlub etdi

  Bölmə: Olimpiya Növləri | 969 | 10:20 05-06-2021
Boksçumuz ermənini məğlub etdi

Azərbaycan boksçusu Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/8 final görüşünə çıxıb.

69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanla qarşılaşıb. Rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edəb Sotomayor 1/4 finala yüksəlib.

Qeyd edək ki, sözügedən turnir ötən il martın 14-də koronavirus səbəbindən təxirə salınmışdı. Yarış bu gün bərpa olunub.  69 çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.


Digər xəbərlər