Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu

  Bölmə: Olimpiya Növləri | 99 | 12:53 08-06-2021
Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. Buna idmançımızın rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.

 

Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığmamız üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla başa vurub.

Bundan başqa, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.


Digər xəbərlər