Qaret Beyl: "Bakı, biz gəldik"

  Bölmə: Xarici futbol | 1026 | 14:11 08-06-2021
Qaret Beyl: "Bakı, biz gəldik"

Uels millisinin futbolçusu Qaret Beyl Bakıya gəlmələri ilə bağlı paylaşım edib.

İspaniyanın "Real Madrid" klubuna məxsus 32 yaşlı hücumçu şəxsi instaqram hesabından təyyarədə və hava limanına enərkən fotolar paylaşıb.

O, fotosuna "Baku here we come!" ("Bakı, biz gəldik") yazıb.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək gerçəkləşəcək.


Digər xəbərlər