Hacı Əliyev üçüncü yer uğrunda güləşəcək

  Bölmə: Güləş | 736 | 17:29 08-06-2021
Hacı Əliyev üçüncü yer uğrunda güləşəcək

Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.

İlk yarış günündə 57, 70, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

70 kq-da iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemiylə keçiriləcək. Hacı Əliyev A qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bakı vaxtı ilə saat 20:00-da medallar uğrunda qarşılaşmalara start veriləcək.

Şərif Şərifov isə pley-off sistemiylə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.

70 kq
A qrupu
1-ci tur:  Hacı Əliyev - Sirociddin Həsənov (Özbəkistan) 8:2
2-ci tur:  Hacı Əliyev - Sirbaz Talqat (Qazaxıstan) 13:2
3-cü tur: Hacı Əliyev - Zurabi Yakobişvili (Gürcüstan) 3:0
1/2 final: Hacı Əliyev - Alek Pantaleo (ABŞ) 6:6*
Bürünc medal görüşü: Hacı Əliyev - Zurabi Yakobişvili (Gürcüstan)

97 kq
Təsnifat: Şərif Şərifov - Abraham Ruano (İtaliya) 2:2*

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:


Digər xəbərlər