Dünya çempionatı: Hidayət Heydərov medalsız qaldı

  Bölmə: Olimpiya Növləri | 99 | 12:04 09-06-2021
Dünya çempionatı: Hidayət Heydərov medalsız qaldı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

73 kq çəki dərəcəsində rəqib yaponiyalı dördqat dünya çempionu Soiçi Haşimoto olub. Qarşılaşmadan məğlubiyyətlə ayrılan Heydərov çempionatı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub.


Digər xəbərlər