"Qəbələ" rekordçunun dönüşünü açıqladı

  Bölmə: Ölkə futbolu | 58 | 16:48 09-06-2021
"Qəbələ" rekordçunun dönüşünü açıqladı

2021/22 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

“Qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb.

“Səbail”dən yenicə ayrılan 29 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2019-2021-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra “Qəbələ”yə qayıdıb. 2011-2019-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan millisində 9 oyun keçirib, 1 qol vurub.


Digər xəbərlər