Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə

  Bölmə: Digər növlər | 690 | 09:33 10-06-2021
Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyunlarına çıxıblar.

Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib. Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.


Digər xəbərlər