“Neftçi” ilk transferini rəsmiləşdirdi

  Bölmə: Ölkə futbolu | 1185 | 13:11 12-06-2021
“Neftçi” ilk transferini rəsmiləşdirdi

“Neftçi” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Paytaxt təmsilçisi paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb.

30 yaşlı yarımmüdafiəçi ilə 2 illik - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, flaqmanın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.


Digər xəbərlər